Cennifer Eniston: “Metyu Perri xoşbəxt və sağlam idi”

13-12-2023, 16:04           
Cennifer Eniston: “Metyu Perri xoşbəxt və sağlam idi”
Məşhur “Friends” serialında canlandırdığı Çandler obrazı ilə yaddaşlara həkk olunan Metyu Perrinin qəfil ölümündən sonra aktrisa Cennifer Eniston onun haqqında danışıb.

“O, xoşbəxt və sağlam idi. Siqareti atmışdı və forma alırdı. Xoşbəxt idi. Mənim bildiyim budur”, - deyə Eniston söyləyib.

Onun sözlərinə görə, dostu həyatının son illərində özü və sağlamlığı üzərində çox çalışıb, uğur qazanıb.
“O, həqiqətən də çox çətin anlar yaşadı. Mən onun üçün çox darıxmışam. Biz hamımız darıxırıq. Ümid edirəm ki, onu nə qədər sevdiyimizi bilər”, - deyə o əlavə edib.

Mənbə: REN TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru