Şəbnəm Tapdıq Şəbnəm Tovuzlunu məhkəməyə verdi

13-12-2023, 00:04           
Şəbnəm Tapdıq Şəbnəm Tovuzlunu məhkəməyə verdi
Əməkdar artist Şəbnəm Tapdıq müğənni Şəbnəm Tovuzlunu məhkəməyə verib.

Bu haqda Şəbnəm “Tarixin bir günü” verilişində deyib. O bildirib ki, ona məhkəmə kağızı yollayıblar:

“Məhkəmədən məktub gəlib. Mənimlə aqresiv danışır. Dedim ki, sizin dünyasını dəyişən anaya hörmətiniz varsa, etməyin. Anam 29 yaşında vəfat edib, Şəbnəm Tapdığa fanatlıq edib, adı mənə qoyublar. Dəfələrlə ona demişəm ki, məndən nə istəyirsən? Deyir, adını Şəhnur və ya başqa ad qoy. Bu, nə düşüncədir? Anamın yadigarı olan addır. Qanun qarşısında boyum qıldan incədir, məhkəməyə gedəcəyəm. Amma ona görə adımı dəyişməyəcəyəm”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.