Alla Puqaçova yenə yaşayış yerini dəyişir
14-12-2023, 18:54
Rusiyalı estrada müğənnisi Alla Puqaçova Yeni il tətilindən sonra ailəsi ilə birlikdə Londona köçməyi planlaşdırır.
Bu barədə ifaçının adı açıqlanmayan yaxın dostu bildirib.
Hazırda aktrisa Kiprdə yaşayır, lakin mənbənin dediyinə görə, yerli iqlim onun sağlamlığına mənfi təsir göstərir. Xüsusən də müğənni ürəyində olan problemlərdən şikayətlənir.
Bundan başqa, ifaçı övladlarının Böyük Britaniyanın paytaxtında təhsil almasını istəyir.
Puqaçova köçmək qərarına noyabrın əvvəlində gəlib, ayın sonunda isə Londona gedərək, orada ev seçib.
“Alla bizə dedi ki, o və Maksim (Qalkin) əkizləri Harri və Lizanın Londonda təhsil almasını istəyirlər. London onların ailəsi üçün yad deyil. Kristina Orbakaytenin kiçik oğlu Denis Baysarov orada oxuyub və uzun müddətdir ki, orada yaşayır”, - deyə müğənninin dostu bildirib.
Xatırladaq ki, Alla Puqaçova Rusiya-Ukrayna müharibəsi başlayandan sonra İsrailə, bu yaxınlarda isə Kiprə köçmüşdü.
Mənbə: KP.ru