Kanada Jerar Depardyeni regionun ən yüksək Kvebek mükafatından məhrum edib

15-12-2023, 16:04           
Kanada Jerar Depardyeni regionun ən yüksək Kvebek mükafatından məhrum edib
Kanadanın Kvebek əyalətinin hakimiyyət orqanları seksist ifadələrə görə aktyor Jerar Depardyeni regionun ən yüksək mükafatından məhrum edib.

“Jerar Depardyenin kamera qarşısındakı qalmaqallı şərhləri beynəlxalq ictimaiyyəti şoka salıb. Onun davranışı Kvebek Milli Ordeninin üzvlərinin reputasiyasına kölgə salır”, - deyə əyalət rəhbəri Fransua Leqo bildirib.

Əyalət rəhbəri Depardyenin 2018-ci ildə Şimali Koreya dövlətinin yaradılmasının 70 illiyi ilə bağlı KXDR-ə səfəri zamanı dediklərini nəzərdə tutub.
Mənbə: iz.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru