Məşhur bəstəkar “Brilyant əl” filmi üçün mahnının necə yazıldığından danışıb - VİDEO

16-12-2023, 09:34           
Məşhur bəstəkar “Brilyant əl” filmi üçün mahnının necə yazıldığından danışıb - VİDEO
Bəstəkar Aleksandr Zatsepin Leonid Qaydayın rejissoru olduğu “Brilyant əl” filmində səslənən “Bizim vecimizə də deyil” mahnısını başıbəlalı hesab edir.

Bu barədə musiqiçi jurnalistlərə verdiyi müsahibəsində danışıb.

“Əvvəlcə mən başqa bir mahnı ərsəyə gətirmişdim, Derbenyevin şeirinin sözləri də fərqli idi. Amma sonda bu mahnıdan istifadə olunmadı. Ola bilsin ki, Qaydayın bunu hamının - həm düşmənlərin, həm də dostların dinləməsi üçün təqdim etməsi daha yaxşı oldu”, - deyə bəstəkar bildirib.

Zatsepin xatırladıb ki, bəstənin ilk dinləyicilərinin fikir ayrılıqları olub: 50% mahnının yaxşı, qalan 50% isə onun orta olduğunu bildirib. Bundan sonra filmin rejissoru bəstəkardan melodiyanı yenidən yazmağı xahiş edib.

“Qayday mahnılara çox tələbkarlıqla yanaşırdı. O deyirdi: “Mənə bunu radioda və ya mahnı valında oxutmaqları deyil, xalqın oxuması lazımdır”, - deyə Zatsepin xatırlayıb.

Qeyd edək ki, “Brilyant əl” komediyası 1969-cu ilin aprelində işıq üzü görüb. Filmdə Yuri Nikulin, Andrey Mironov, Anatoli Papanov, Nonna Mordyukova və başqaları kimi sovet kinosunun ulduzları çəkilib. Filmin bəzi epizodları bizim doğma Bakımızda çəkilib. “Dovşanlar haqqında mahnı” kimi də tanınan “Bizim vecimizə də deyil” kompozisiyasını filmdə Nikulinin qəhrəmanı Semyon Qorbunkov restoran səhnəsində ifa edir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.