Elcandan Həsənlinin fikirlərinə kinayəli paylaşım
16-12-2023, 17:01
Aparıcı Kamran Həsənlinin açıqlamaları gündəm olub.
"Sabaha saxlamayaq" verilişində televiziyamızın bu günündən danışan Həsənlinin fikirləri müzakirə yaradıb:
"Murad Dadaşovun qəribə deyimlərini eşitdim. Elə bir söz keçdi ki, yaxşı verilişlər təqdim edəcyik, amma baxan olmayacaq. Televiziyanın bugünkü rəzil gününü millətimizin aşağı səviyyəsinə bağlayırlar. Milləti təhqir edirlər. Axırda maaş verməlidir, pis veriliş etməlidir ki, baxsınlar. İndi televiziyamız elə haldadır ki, formatı silinib, yenilənməlidir. Dünyada yeganə millət bizik ki, açıq deyirik, televiziyaya baxmırq. Ən böyük şikayətləri televiziyadır. İstənilən şəxs televiziya rəhbəri olan kimi olur məmur. Zənglər açılmır, qapı bağlanır, sponsor axtarlır. Televiziya millətin güzgüsüdür, amma bu, əyri güzgüdür. Ona görə də Türkiyənin serialları bu ölkədə baxılır. Biz televiziyada işləyəndə Yeni il üçün çəkiliş etmək istəyirik. Mən bir ssenari yazmışdım, 2001-ci ildə. Dedilər, Moskvada Filip Krikorov başda olacaq. Onların bir proyekti olacaqdı. Dedilər, bütün Bakı həmişə Moskvaya baxıb, bu dəfə də elə olacaq. Biz dedik ki, ssenarini yazırıq, elə bir şey çəkəcəyik ki, bütün Bakı ona baxacaq. Krikorov qaldı bri qıraqda. Azərbaycanın bütün gözəl ləhçələrini təqdim etdik. Orada Aygün Kazımova, Flora Kərimova, Eyyub yaqubov da var idi. Azərbaycan onu izlədi".
Bundan sonra aktyor Elcan Rəsulov öz instaqram hesbanda kinayəli paylaşım edib. O Həsənlinin bir vaxt apardığı verilişlərin adını çəkərək bunları yazıb:
""Toylar kralı", "Sizin saat", "Musiqili meydan" verilişlərini də mən aparmışam. Yadınızdadır, o vaxt Aygün Kazımova verilişimə zəng edib, dedi ki, Elcan, get "klarneti"ni çal".