"Soyunmaq erotika elmidir" - Əməkdar artist pornoqrafiyadan danışdı

19-12-2023, 10:09           
"Soyunmaq erotika elmidir" - Əməkdar artist pornoqrafiyadan danışdı
"Soyunmaq erotika elmidir".
Bunu Əməkdar artist Naibə Allahverdiyeva deyib.

O əlavə edib: "Bundan pornoqrafik filmlərdə istifadə edə bilərlər. Aktrisanın açıq geyinməsi mütləq deyil. Əgər bu, onun roluna görə tələbdirsə, onda açıq geyinməlidir. Çünki, biz səhnədə neçə-neçə insan obrazını canlandırırıq.

Amma adi həyatda, sosial şəbəkələrdə açıq-saçıq şəkillərdə fotolar paylaşan aktrisalar nəticəsini də gözə almalıdırlar. O, insanların ona ünvanlayacaqları fikirlərə hazır olmalıdır. Müğənnilərlə aktrisalar arasında dağlar qədər fərq var, çünki biz bazara işləmirik. Təbii ki, mən gözəl səsə sahib, hörmətli xanəndələrimizi nəzərdə tutmuram." / Moderator.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru