TİKTOKERLƏR MEDİADA NİYƏ BU QƏDƏR TƏBLİĞ OLUNUR? – SOSİOLOQDAN AÇIQLAMA

19-12-2023, 18:54           
TİKTOKERLƏR MEDİADA NİYƏ BU QƏDƏR TƏBLİĞ OLUNUR? –
Nəyə görə tiktokerlər xəbər olur? Niyə onları bəzi mətbu orqanları tirajlayır?
Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirdi ki, bu qeyri-peşəkarlıqdan irəli gəlir. Normal media bu cür ucuzluğa getməz, heç bir xəbər yükü olmayan, cəmiyyətə heç bir halda faydası toxunmayan bir materialı dərc etmək istəməz:
“Amma indi saytlar daha çox oxunan, reytinq gətirən materiallar axtarışındadır, insanların tiktok məşhurlarına baxdıqlarını, izlədikləri müşahidə edirlər və bunu fürsətə çevirib dəyərləndirirlər. İnsanların maraq dairəsi də cılızlaşıb.

Heç kim ciddi sosial yükü olan xəbəri tıklamır, oxumur. İnsanları ciddi sosial, iqtisadi problemlər yox, kimin necə yeməsi, necə yatması, nə geyməsi, harda gəzməsi maraqlandırır. Əksəriyyət bu cür cılız mövzularla yatıb-qalxır. Xəbər bazarı da bu zövqə görə formalaşır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru