“Marvel” studiyası “Loki” serialının ulduzunu işdən çıxardı - FOTO

20-12-2023, 15:09           
“Marvel” studiyası “Loki” serialının ulduzunu işdən çıxardı - FOTO
Məşhur aktyor Conatan Meycors məhkəmə tərəfindən keçmiş sevgilisinə təcavüz etməkdə təqsirli bilindiyi üçün “Marvel” studiyası onu işdən çıxarıb.

Bu barədə xarici mətbuatda məlumat yayılıb.

Verilən məlumatına görə, aktyorla keçmiş sevgilisi Qreys Cabbari arasında insident mart ayında baş verib. Dekabrın 18-də məhkəmə münsifləri Meycorsu üçüncü dərəcəli hücum və təqibdə təqsirli bilib. Sənətçinin özü isə günahını etiraf etməyib.

2024-cü il fevralın 6-da aktyora hökm elan ediləcək - onu bir ilə qədər həbs gözləyir.
Qeyd edək ki, Meycors “Qarışqa-adam və Arı: Kvantomaniya” filmində Kanq rolunu oynayıb, həmçinin “Loki” serialının birinci və ikinci mövsümlərində rol alıb. O, həmçinin 2 may 2025-ci ildə buraxılması planlaşdırılan “Qisasçılar: Kanq sülaləsi” filmində də rol alacaqdı.



Mənbə: The Hollywood Reporter












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru