Məşhur müğənni HƏBS EDİLDİ - FOTO

23-12-2023, 22:17           
Məşhur müğənni HƏBS EDİLDİ - FOTO
Türkiyədə məşhur müğənni Atilla Taş və həyat yoldaşı həbs edilib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, o, Beşiktaşdakı barda baş verən insidentdən sonra polisə müqavimət göstərdiyi üçün saxlanılıb.

Onun həyat yoldaşı məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Məlumata görə, Taş və həyat yoldaşı sərxoş olduqları və içəridəkiləri narahat etdikləri üçün Beşiktaşda əyləndikləri bardan çıxarmaq istənilib. Müğənni işçilərlə dava edib, hadisə yerinə gələn polisə isə müqavimət göstərib.

Beşiktaş Polis İdarəsinə aparılan Atilla Taş hüquqi prosedurlardan sonra məhkəməyə çıxarılıb və həbs edilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru