Mətanət Əliverdiyeva: “Ağakərimin görüntüləri mənə atamı xatırlatdı” - VİDEO

26-12-2023, 10:45           
Mətanət Əliverdiyeva: “Ağakərimin görüntüləri mənə atamı xatırlatdı” - VİDEO
Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Ağakərimin (Kərim Novruzov) oğlu Kamil Kərimoğlu ”Xəzər axşamı” verilişində qonaq olub.

Oxu.Az xəbər verir ki, proqram zamanı meyxanaçının 2019-cu ildə övladının toyundakı görüntüləri nümayiş olunub.

Həmin kadrları izləyən aparıcı Mətanət Əliverdiyeva göz yaşlarını saxlaya bilməyib. O, atasının da insult keçirdiyini bildirib:
“Həmişə deyirəm ki, insan yaşlananda və xəstələnəndə uşaq kimi olur. Bu görüntü mənə öz atamı xatırlatdı. O vaxtkı kasetləri izləyəndə görürəm ki, atamı məclisə çox çətin halda gətirmişdilər. O da beyin iflici olmuşdu. Bu görüntülər mənə çox pis təsir etdi. Adam bunları izləyəndə bilmir ki, nə ifadə etsin”.

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru