Könül Kərimova GİLEYLƏNDİ: "Gərək diqqət edəm, bir az çaşırlar"

29-12-2023, 08:44           
Könül Kərimova GİLEYLƏNDİ:
Əməkdar artist Könül Kərimova açıqlaması ilə diqqət çəkib.
Referans.az xəbər verir ki, müğənni “Tarixin bir günü” verilişində qonaq olarkən deyib ki, bəzi proqramlara çıxmır:
“Elə verilişlər var ki, getmirəm. Hiss edirəm ki, o proqramlarda olsam, hörmətsiz olaram. Verilişin formatı mənə uyğun deyil. Bəlkə kiminsə ehtiyacı var. Amma mənim o verilişlərə yoxdur. Biz o fikirdəyik. Maqazin verilişləri var ki, müsahibə alırlar. O qədər yanlış suallar verirlər ki... Ona görə müsahibə vermirəm. Heç kim inciməsin məndən. Əziz həmkrarlarım, sizə də sual veriləndə, birinci onun dərinliyinə gedin. Görün nə dərəcədə düzdür, səmimi sualdır. Sonra özünüzdən çıxıb cavab verin. Bir müddət əvvəl olmuşdu. Müsahibə alan da dostlarımızdan idi. Zarafata söz deyirəm, onun ucundan tuturlar, soruşurlar ki, nə deyə bilərsiz? Bu alimlər də başlayırlar. Biz çörək kəsirik. Fikirləşin ki, Könül xanım bunu hansı mənada deyə bilər. Gərək diqqət edəm, bir az çaşırlar”. (OLAY)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru