Mehriban Ələkbərzadə Teymur Əmrahın yeni vəzifəsindən danışdı: “1 aya yaxındır ki...”

29-12-2023, 09:24           
Mehriban Ələkbərzadə Teymur Əmrahın yeni vəzifəsindən danışdı:
"Teymur Əmrah 1 aya yaxındır ki, Azərbaycan Dövlət Akademik Milli Dram teatrında vokal müəllimi kimi fəaliyyət göstərir".
Bu fikirləri musavat.com-a açıqlamasında Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə deyib.

"65 yaş üzəri işçi var idi, həmin şəxs pensiyaya çıxdığına görə onun yerinə Teymur Əmrah təyin olundu. Hazırda konkret tamaşa ilə bağlı iş görür. Bizə aktyorlarla məşğul olan vokal savadlı adam lazım idi. Yeni tamaşaya da belə bir adam mütləq lazım idi. Bu da Teymur Əmrah oldu", - M.Ələkbərzadə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru