“Mənim dəfnimə heç kim gəlməsin”

9-01-2024, 00:14           
“Mənim dəfnimə heç kim gəlməsin”
Müğənni Nadir Qafarzadə vəfatından sonra heç kimin onun yasına gəlməsini, çəkiliş aparılmasını istəmədiyini deyib. Teref metbuat.az-a istinadla xəbər verir ki, o, bu barədə ARB-də yayımlanan “Elgizlə izlə” proqramında danışıb.

Son günlər sənət aləmindəki itkilərdən danışaq müğənni qeyd edib:

“İstəmirəm mənim ölümümdən kiminsə xəbəri olsun. İstəmirəm mən, gəlməyin, mənə lazım deyil. Gəlib oturacaqlar arvadlar qeybət, gəlinindən, kürəkənindən danışacaq, kişilərdə harasa “levı” getdiyindən ya da biznesindən danışacaq. Heç ölünü yada salan da olmayacaq. Bugünkü müasir yasların qaydasıdır.

Ona görə mən öləndə heç kimin xəbəri olmasın, mənim vəsiyyətimdir, gəlib çəkmiyin, qardaş. Deyirəm, televiziyalar, mənim ailəmi dindirməyin, verməyin. Elə bilin, mən də adi insan idim, getdim.

Öləndən sonra deyirlər yaxşı oğlan idi, mən indi də yaxşı oğlanam, indi ver mənə o dəyəri. İstəmirəm, halva yeməyə gəlirlər də”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru