Leonid Yakuboviç öz proqramı ilə Azərbaycana gəlmək istəyir

10-01-2024, 09:58           
Leonid Yakuboviç öz proqramı ilə Azərbaycana gəlmək istəyir
Rusiyalı şoumen, yazıçı, aktyor, “Pole çudes” verilişinin aparıcısı Leonid Yakuboviç Azərbaycana səfərindən danışıb və öz proqramı ilə Bakıya qayıtmağı planlaşdırdığını deyib.

“Biz Bakıda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşdüyüm vaxt oyun keçirdik. Böyük idman kompleksində təşkil olunan gözəl oyun idi. Çox şənləndik, mən bunu məmnuniyyətlə xatırlayıram”, - Yakuboviç “Moskva-Bakı” portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın “Birinci Kanal”ında Azərbaycanla bağlı bir neçə milli buraxılışlar etməyi düşünür.

“İstəyirəm ki, insanlar necə yaşadıqlarını, dincəldiklərini, nə geyindiklərini bizə desinlər, milli yeməkləri birlikdə dadaq. Mən bunu etmək istəyirəm, lakin müxtəlif səbəblərdən hələ də alınmayıb”, - şoumen qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru