Azərbaycanlı aktrisanı pişik dişlədi: Ölə bilər

10-01-2024, 16:28           
Azərbaycanlı aktrisanı pişik dişlədi: Ölə bilər
Tanınmış aktrisa Üzel Kərimovanın əlini pişik dişləyib.

Publika.az xəbər verir ki, bu barədə sənətçi özü instaqramda məlumat paylaşıb. O bildirib ki, hadisədən sonra əli şişməyə başladığı üçün xəstəxanaya gedib.

"Yazan, zəng edən hər kəsə təşəkkür edirəm. Gördüyünüz kimi yaxşıyam. Pişik dişləmişdi, ciddiyə almadım, səhlənkarlıq elədim. Həkim “maksimum ölə bilərsən" deyənə qədər də bu məsələ mənim üçün ciddi deyildi.

Özüm evdə qərar verib qəbul etdiyim antibiotiklə sağalmağı planlayırdım. Əlimdəki vəziyyət ciddiləşib qoluma təsir elədiyində, yaxınlarımın məsləhəti və təzyiqi ilə təcili yardıma getdim. Artıq hər şey qaydasındadır. Hələ bir neçə il birlikdəyik. Özünüzü qoruyun, özünüzə qarşı daha diqqətli olun", - Ü.Kərimova qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru