Xalq artisti vəfat etdi - FOTO

20-02-2024, 12:32           
Xalq artisti vəfat etdi - FOTO
Azərbaycan və Tacikistan SSR-nin xalq artisti, müğənni, bəstəkar Leyla Şərifova vəfat edib.

TEREF Bakupost.az-a istinadla bildirir ki, bu barədə tacik jurnalisti Odil Nozir məlumat yayıb. Xalq artisti 94 yaşında Almaniyada dünyasını dəyişib.

L.Şərifova 1931 il iyunun 22-də Bakıda anadan olub. Atası İzmir türkü, anası Azərbaycanlıdır.

Bir neçə vaxt Sədrəddin Əyni adına Tacikistan Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. 1978 ildə Bakı köçüb, 1980 ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib. Leyla Şərifova Yevgeni Jıvayevin rəhbərliyi ilə Özbəkistan Televiziya və Radio xalq çalqı alətləri ansamblının, Adil Bağırovun rəhbərliyi ilə “Xatirə” xalq çalqı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbərliyi ilə “Dan ulduzu” instrumental ansamblının müşayiəti ilə çıxı. edib.

1988 ildən Almaniyanın Düsseldorf şəhərində yaşayırdı.

Şərifovanın repertuarında türk, əfqan, azərbaycan, türkmən, ərəb, fars, özbək və ispan mahnıalrı olub. Müğənninin ifaları nüfüzedici lirizim ilə, şeriyyətlə fərqlənir. Leyla Şərifovanın ustalığı və zərif vokal mədəniyyəti dinləyicilərin məhəbbətini qazanmışdı.

Şəripova bəstəkar və nəğməkar şair da olub, 10 mahnının sözlərini yazıb. “Qara gözlər” və “Badam çiçəyi” adlı mahnıların müəllifi olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.