"W-trio" 18 il sonra eyni səhnədə

24-02-2024, 09:04           
"W-trio" 18 il sonra eyni səhnədə
"W-trio" qrupunun keçmiş üzvləri, Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elanrə Xəlilova illər sonra bir araya gələcək.

Axşam.az xəbər verir ki, sənətçilər yenidən eyni səhnəni bölüşəcəklər. Bu barədə Elnarə Xəlilova "Xəzər axşamı" verilişdə danışıb:

"W-trio" indi də var, aprelin 10-da Heydər Əliyev Sarayında “Bir müəllifin axşamı” adlı möhtəşəm konsert olacaq. Dəyərli sənətçilərimiz orada yer alacaq. Həmin gecə Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadənin bəstələri səslənəcək. Təbii ki, "W-trio" da orada birinci heyətlə - Röya, Natavan və Elnarə orada çıxış edəcəklər. Bəstəkarın "Eşq" mahnısını birlikdə səsləndirəcəyik. Ayrılıqda da Vaqif müəllimin mahnılarını oxuyacağıq".

Qeyd edək ki, "W-trio" 2006-cı ildə fəaliyyətini dayandırıb. Buna səbəb isə qrup üzvlərinin solo karyeraya başlaması olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru