Məşhur türkiyəli müğənni doqquzuncu dəfə bıçaq altına girir: Bütün konsertləri ləğv edildi - FOTO

25-02-2024, 11:57           
Məşhur türkiyəli müğənni doqquzuncu dəfə bıçaq altına girir: Bütün konsertləri ləğv edildi - FOTO
Məşhur türkiyəli müğənni Murat Dalkılıç martın 7-də Londonda keçirilməsi planlaşdırılan konsert də daxil olmaqla, bir sıra tədbirlərini ləğv etməli olduğunu açıqlayıb.

40 yaşlı müğənni burnundakı problem səbəbindən doqquzuncu dəfə bıçaq altına girir.

Murat Dalkılıç 2019-cu ilin dekabr ayında qonaq olaraq qatıldığı bir proqramda burnundakı sümüklərin xaricə istiqamətlənməsi ilə bağlı anadangəlmə problemi olduğunu açıqlamışdı.

İbtidai məktəb illərindən bəri yaşadığı bu sağlamlıq problemindən bəhs edən Murat Dalkılıç səkkizinci burun əməliyyatından 3 ay sonra yenidən əməliyyat olunacağını açıqlayıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib və sağalana qədər bütün konsertlərini ləğv etməli olduğunu bildirib, bilet alan hər kəsdən üzr istəyib.





Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru