Tanınmış cütlük ayrıldı: "Dramatik görünə bilər, amma..."

28-02-2024, 16:25           
Tanınmış cütlük ayrıldı: "Dramatik görünə bilər, amma..."
Tanınmış aktyor, rejissor Tərlan Rəsulovla aktrisa Yaqut Paşazadənin evliliyi sona çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Tərlan Rəsulov sosial şəbəkədə paylaşım edib.

Paylaşımda deyilir:

"Dünən mənim atam aktyor, vokalist, pedaqoq Aqşin Rəsulovun ad günü idi. Onun tərcümeyi-halında filarmoniya, teatr, kino, “Mozalan” kinojurnalında işi, mədəni-maarif texnikumunda pedaqoji fəaliyyəti olub, öz ailə həyatı, uşaqları olub. Ən yaxşı rolu oynadığı deyil, yaşadığı rol oldu. Filmoqrafiyası ilə bütün həyatını əvəz edənlərdən fərqli olaraq.

Çoxlu sayda baş və çox vacib rol oynayıb öz həyatını oyundan kənar vəziyyətə sala bilərsən. Amma şan-şöhrət hərisi olmadan sənətə qulluq da etmək olar və həyatda ən vacib olan gözəl xatirə və davamçıları qoyub getmək daha vacibdir.

Atam dörd dəfə ailə qurub və heç bir zarafat etmədən demək olar ki, dörd dəfə uğurlu olub. O dövrün tərzinə baxmayaraq, atam bir çox qaydalara qarşı çıxırdı və çox yaxşı anlayırdı ki, həyat bir dənədir və insanın xoşbəxt olmağa haqqı var. Klassikin yazdığı kimi: “Bütün xoşbəxt ailələr biri-birinə bənzəyir, hər bir bədbəxt ailənin isə öz dərdi var”. Burda əsas söz ailədir. Əgər o, daha ailə deyilsə, amma iki yad insanın bir-birinə qarşılıqlı əzab verməsi və əbəs yerə belə əzabın uzadılmasının mənası yoxdur. Ailə olmadan sonra onu olduğu kimi də göstərmək əbəsdir. İki nəfər ayrılmaq qərarını verəndə bu, dramatik görünə bilər, amma onların bir yerdə qalması əsl faciə ola bilər.

Mən və Yaqut Paşazadə anladıq ki, ayrı-ayrı yollarla gedirik, ayrı həyat yaşayırıq, müxtəlif dünya görüşümüz var, ona görə də ayrılmaq qərarına gəldik. Belə qərar vermək o demək deyil ki, insanlar bir-birini anlamırlar və ya anlamaq istəmirlər. Əksinə, bu, o deməkdir ki, onlar, nəhayət, bir-birini anlamağa başladılar".

Onun sözlərinə görə, istənilən sonluq nəyinsə başlanğıcıdır: "Bu, sadə həqiqətləri boşanmadan keçənlər bilir və bununla üzləşməyənlər anlamağa çalışmalıdır.

Birgə getdiyimiz yola görə bir-birimizə minnətdarıq. Həmkar, yaxın adam və gözəl qızımızın valideyni olaraq qalırıq. Sonuncu danılmazdır.

Çox xahiş edirəm, bizim bu qərarımıza anlayış və həssaslıqla yanaşasız.

Diqqətinizə və anlayışınıza görə təşəkkürlər!"

Müəllif: Pərvin Cəfərova
aktrisa aktyor Rejissor Tərlan Rəsulov Yaqut Paşazadə












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.