Brüs Uillisin arvadı ərinin son vəziyyətini açıqlayıb
5-03-2024, 15:04
Məşhur Hollivud aktyoru Brüs Uillisin həyat yoldaşı, model və aktrisa Emma Heminq demensiya xəstələyinə tutulan ərinin vəziyyəti barədə danışıb.
Emma Heminq İnstaqram hesabında müvafiq paylaşım edib.
Heminq ərinin xəstəlik səbəbindən əzab çəkməsi ilə bağlı mediada yayılan şayiələri təkzib edib: “Məqalələrdə deyilir ki, ərim artıq sevinmək hissini itirib. Sizə deyə bilərəm ki, bu həqiqətdən uzaqdır”, – o yazıb.
Aktyorun həyat yoldaşı qeyd edib ki, jurnalistlərin bu cür məlumatları insanları qorxudur. Heminqin sözlərinə görə, onların ailə həyatında çoxlu kədərli məqamların olmasına baxmayaraq kifayət qədər sevgi, dəstək və sevinc var.