Leonardo Di Kaprionun sevgilisi podiuma qoyun dərisi və “taksi sürücüsü papağı” ilə çıxıb

6-03-2024, 08:14           
Leonardo Di Kaprionun sevgilisi podiuma qoyun dərisi və “taksi sürücüsü papağı” ilə çıxıb
İtalyan top model Vittoria Çeretti “Chanel” şousunda podiuma çıxıb .
Vittoria Çeretti xəzli qəhvəyi qoyun dərisi, zamşa hündürdaban çəkmələr və “taksi sürücüsü papağı” ilə kamera qarşısına keçib. Zəncirli çanta görünüşü tamamlayıb.

Qeyd edək ki, Leonardo Di Kaprio hazırda model Vittoria Çeretti ilə sevgilidir. Onların romantikası haqqında şayiələr 2023-cü ilin mayında ortaya çıxıb. Daha sonra məşhurlar Kannda gəzərkən görüntülənib . Sentyabrın əvvəlində aktyor və model İbizadakı gecə klubunda öpüşərkən fotolar çəkdiriblər. Yanvar ayında sevgililər görüşdə görüntüləniblər. Məşhurlar məşhur "Nobu" restoranından çıxarkən fotoqrafların kamerasına düşüb.

2022-ci ilin avqustunda Leonardo DiKaprio model Camila Morrone ilə ayrılıb. Sevgililər təxminən beş ildir görüşüblər, lakin sosial şəbəkələrdə birgə fotolar paylaşmayıblar və ictimai tədbirlərdə birlikdə poza verməyiblər.
The Guardian












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru