“Dune” filminin Harkonneni rolundan danışdı: “Bu incidirdi” - FOTO/VİDEO

6-03-2024, 18:04           
“Dune” filminin Harkonneni rolundan danışdı: “Bu incidirdi” - FOTO/VİDEO
Denis Villnevin “Dune” və “Dune - 2” filmlərində Arrakis hökmdarı, baron “Vladimir Harkonnen” rolunu oynamaq üçün isveçli aktyor Stellan Skarsgard gündə səkkiz saat makiyaj masası arxasında vaxt keçirib.

Bu barədə Hollivud ulduzunun özü danışıb.

“Bu incidirdi, amma dəyərdi”, - deyə aktyor vurğulayıb.

Onun sözlərinə görə, “Dune” filmindəki obrazının arxasında duran əsas ideya Harkonnenin sadəcə ekranda görünməklə insanlarda təəssürat yaratması olub.

“Özü də personaj ekranda daim görünməsə belə təəssürat bütün film boyu qorunmalı idi”, - deyə aktyor vurğulayıb.
Qeyd edək ki, bu, Skarsgardın rol üçün ilk böyük transformasiyası deyil. Belə ki, o, “Karib dənizinin quldurları” filmində “Vill Törner”in (Orlando Blum) atası, “Uçan niderlandlı” gəmisində xidmət edən pirat “Bill” rolunu oynayıb. Personajı yaradarkən Skarsgard onun xarakterinin kompüter qrafikası olmadan yaradılmasında israr edib.




Mənbə: “Koroçe” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru