Vəfa və Şəbnəm yenidən DALAŞDILAR: “Tülkü kimi cilddən-cildə girirsən” – VİDEO

6-03-2024, 13:18           
Vəfa və Şəbnəm yenidən DALAŞDILAR:
Müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlu (Əsədova) arasında qalmaqal yenidən alovlanıb.

Bizim.Media xəbər verir ki, tərəflər ayrı-ayrılıqda sosial şəbəkə hesablarında videolar paylaşaraq bir-birinin ünvanına sərt ittihamlar səsləndiriblər.

Vəfa bildirib ki, Şəbnəm onunla illərdir ki, heç bir mənası olmayan ədavət və düşmənçilik aparır:

“Bu qadın (Şəbnəm Tovuzlunu nəzərdə tutur – red.) heç cür əl çəkmir. Mehribanlıq yaratsam da, məndən əl çəkmir. Hər dəfə mənə qarşı elə bir addım atır ki, öz aləmində məni pis çıxarsın və nələrsə etsin. Amma sən 10 milyon insanın içində necə yalan danışa bilirsən və yalan danışdığın halda məni yalan çıxarmaq istəyirsən? Amma anlamıram, mənimlə nəyin ədavətini aparırsan. İçində mənə qarşı bitməyən, tükənməyən bu kin nədir axı? Nəyə qarşı yaranıb? Bütün bunların səbəbi nədir? Yalan-yalan sözləri fanatlarına montaj edib paylaşanda nə olacaq ki? Bununla nə əldə edəcəksiniz, nə qazanacaqsınız? Bunları niyə edirsiniz? Səbəbini öz beynimdə tapa bilmirəm. Bəlkə də gündəmə gəlməkdir, bəlkə haqsız ola-ola haqlı bir vəziyyətə gəlməkdir. Nədir axı bunlar? Bilmirəm... Yaratdığın bu gündəm də bir-iki gün çəkəcək. Bunlardan ötrü düşmən olmağa dəyər? Bu qədər maska taxmağa, tülkü kimi cilddən-cildə girməyə dəyər? Bəsdirin! Bitirin bu söhbətləri”.

Şəbnəm isə Vəfaya cavab olaraq onların arasına nifaq salan qarşı tərəfin daha əvvəl polisə verdiyi Xırdalandan olan fanatının olduğunu bildirib:

“Mən səndən fərqli olaraq ad çəkirəm. Sözüm sənədir, Vəfa... Özünü ağıllı sayırsan... Buradan səslənirəm, ay Elcan (aktyor və aparıcı Elcan Rəsulovu nəzərdə tutur – red.), ay Elcanın prodüserləri, siz nə vaxt mənə zəng etmisiniz? Mən o qədər başı xarabam? Amma sən düzsən də. Sən, Vəfa, deyirsən ki, guya ki, mənə zəng edib deyiblər. Amma mən deyirəm ki, heç kim mənə zəng etməyib. Vəfa, mənim səndən qat-qat artıq milyonlarla izləyicim var. Burada 3 milyon 200 izləyicimin önündə deyirəm ki, mənə sənə görə nə Elcan, nə də ki, onun prodüseri zəng edib. Mən efirdə düz danışmışam. Amma ola bilər ki, sənə yalan məlumat veriblər. Mənə Zenfira İbrahimovaya görə zəng ediblər. Anlayırsan məni, Vəfa? Sənlə bağlı mənə zəng etsəydilər, mən efirə qoşulmazdım. Yəni mənə aparıcı Zaur səninlə bağlı zəng etdi, dedim ki, nə badə... Vəfa, sənə buradan deyirəm, bir fanatın var, Xırdalandan “şpanka” balaca boy... Onu səhvlərinə görə polisə vermişdim. Yalvarmaqlarına görə mən onun günahından keçdim. Sənin və sənin fanatlarının başını qarışdıran elə məhz bu xırdalanlıdır. Bundan əvvəl efirdə mənim haqqımda xoş olmayan sözlər danışmışdın deyə mən də sənə cavab vermişdim. O köhnə səsi sənə indi atıblar. O indi ola bilməz. Mənim fanatlarım sənin haqqında heç nə paylaşa bilməz. Bu gün də sözümü demişəm onlara. Danışanda, “story” çəkəndə əvvəlcədən Elcana zəng et, araşdır gör, Şəbnəm nə danışıb. Bu gün efirdə olan danışıqları da gördün. Guya sən ağıllısan, səni efirdə mən yalançı çıxardım? Fakt sənə yalan deyiblər, sən də efirdə yalan danışmısan. Mən də hər şeyi açıqladım”.

Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla münasibətdədir. Cütlüyün iki övladı var. İş adamının adı Vəfadan əvvəl Şəbnəmlə hallanıb.

Rəşad Əliyev, Bizim.Media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.