Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTO

10-03-2024, 10:27           
Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTO
“Dünya gözəli 2024” (Miss World 2024) 24 yaşlı çexiyalı Kristina Pışkova seçilib.

Martın 9-da baş tutan mükafatlandırma mərasimi “YouTube”da yayımlanıb.

Hindistanın Mumbay şəhərində 71-ci “Dünya gözəli” müsabiqəsi keçirilib. 115 ölkədən olan iştirakçılar qələbə uğrunda mübarizə aparıblar.

Nəticədə Pışkova dünyanın ən gözəl qadını seçilib. İkinci yeri livanlı Yasmina Zəytun tutub.

Müsabiqənin saytında Pışkova beynəlxalq agentliyin tələbəsi, könüllüsü və model olaraq qeyd olunub. Onun hüquq və biznes idarəçiliyi üzrə iki ali təhsili olduğu bildirilir. Model öz adına fond yaradıb.
“Onun ən qürurverici anı könüllü kimi işlədiyi Tanzaniyada imkansız uşaqlar üçün ingilis dili məktəbinin açılması oldu. O, fleyta və skripkada ifa etməyi sevir, musiqi və incəsənətlə maraqlanır və doqquz il Rəssamlıq Akademiyasında təhsil alıb”, - deyə təsvirdə qeyd olunub.






Mənbə: lenta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.