Aparıcı Tarix Əliyev: “Onun-bunun ərini oğurlayan ailə dəyərlərindən danışır” - VİDEO

12-03-2024, 12:54           
Aparıcı Tarix Əliyev:
Aparıcı Tarix Əliyev sosial verilişlərə müğənnilərin dəvət olunmasına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bu haqda o, özünün aparıcısı olduğu “Tarixin bir günü” proqramında danışıb.

“Bu gün yemək bişirən veriliş də müğənni çağırır. Ay balam, yeməyini bişir, otur soğan-kartofdan danış. Ailəsi olmayıb ailə qədri bilməyən, onun-bunun ərini oğurlayanı çağırır, onlar orada otururlar, camaata ailə dəyərlərindən danışırlar. Hər şey televiziyada müğənni üstündə qurulduğuna görə, ciddiyyətini itirir. Baxıram ki, bu qadın evlər yıxıb. Çağırıblar sosial verilişə, kiminsə qızına deyir ki, “Sən tərbiyəsizsən”, “Sən özündən yaşca böyük kişiylə görüşmüsən”. Özü isə ondan 20 yaş balaca oğlanla görüşüb. Ona görə də televiziyalarda müğənniləri şou xarakterli verilişlərə çağırın. Müğənni gəlir ailə dəyərlərindən danışır. Müğənninin əri onu ayda üç dəfə görmür. Gəlir efirə deyir, “Mən müğənniyəm, mən sənə deyə bilərəm. Mən ekspertəm”. Sən ekspertsən deyə camaata ağzından çıxanı deyə bilərsən? Sən gəl mənə o sözü de. Ona görə də bu gün insanlar televiziyalardan narazı olurlar”, - deyə o qeyd edib.

Həmin görüntüləri tədim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru