Pərəstişkarına kobud davranan Madonna tənqid edildi - FOTO/VİDEO

12-03-2024, 17:34           
Pərəstişkarına kobud davranan Madonna tənqid edildi - FOTO/VİDEO
65 yaşlı müğənni Madonna dünya turu çərçivəsində konsertlərini verməkdə davam edir. Ancaq onun Los-Ancelesdəki konserti mahnıları ilə yox, ifaçının kobud davranışı ilə yadda qalıb.

Belə ki, müğənni konsert zamanı zalda fanatlarından birinin başqaları kimi ayaq üstə dayanmadığını görərək ona yaxınlaşıb və “Orada oturub nə edirsən? Niyə oturursan?”, - deyə soruşub.

Ancaq ifaçı səhnənin kənarına yaxınlaşanda pərəstişkarının əlil arabasında əyləşdiyini görüb.

Bundan pərt olan ifaçı dərhal üzr istəyib və “Oh.., tamam. Buna görə üzr istəyirəm. Burada olmağınıza şadam”, - deyib.

Həmin anın görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və təkcə “TikTok”da 2,4 milyon dəfə izlənilib. Madonnanın üzrxahlığına baxmayaraq, ifaçı mediada ciddi tənqid atəşinə tutulub.




Mənbə: ntv.com.tr












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru