Nolanın “Oppenheimer” filmi Oskar gecəsini 7 mükafatla bağladı

12-03-2024, 11:24           
Nolanın “Oppenheimer” filmi Oskar gecəsini 7 mükafatla bağladı
Ötən yay seyr etdiyimdə “Oppenheimer”i bəyəndiyimi, qarşısına daha güçlü bir film çıxmasa Oskarları silib süpürəcəyini yazmışdım. Təxminimdə güvəndiyim tək şey sinema bilgim, Nolan heyranlığım deyil, tələbə vaxtı Robert Oppenheymer və atom bombası haqqında sovetin “istehsal etdiyi” nə qədər kitab varsa demək olar ki, tamamını oxumağım idi.
Dünya tarixini, hətta Kainatın gələcəyini dəyişən nüvə silahının yaradılmasındakı həyəcan, intriqa, Manhattan layihəsi kimi “material” varsa yaxşı Ustanın ortaya yaxşı bir əsər qoyacağını təxmin etmək çətin deyildi.
Beləliklə, Nolanın “Oppenheimer” filmi Oskar gecəsini 7 mükafatla bağladı:
Ən yaxşı film;
Ən yaxşı rejissor (Christopher Nolan)
Ən yaxşı aktyor (Cillian Murphy)
Ən yaxşı ikinci plan aktyoru (Robert Downey Jr.)
Ən yaxşı musiqi
Ən yaxşı səs
Ən yaxşı sinematografi
İbrahim Nebioğlu
https://t.me/ibrahim_nebioglu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.