Coli məhkəmədə keçmiş ərinə uduzdu

14-03-2024, 15:44           
Coli məhkəmədə keçmiş ərinə uduzdu
Amerikalı məşhur aktrisa Ancelina Coli keçmiş əri Bred Pittə qarşı məhkəməni uduzub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “NBC News” məlumat yayıb.

Belə ki, aktrisanın vəkilləri Pittin iddiasına etiraz etməyə çalışsalar da, məhkəmə bu cəhdi əsassız hesab edib.

Qeyd edək ki, məhkəmə prosesi cütlüyün birgə şərab zavodunun payının rusiyalı oliqarx Yuri Şeflerə satılması ilə bağlı başlayıb.

Belə ki, keçən ilin payızında Coli ərindən xəbərsiz rusiyalı oliqarxla sövdələşməyə girib öz hissələrini ona satıb.

O, keçmiş ərinin ona 350 milyon dollar borcu olduğunu əsas gətirərək belə bir addım atdığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru