58 yaşlı Sindi Kroufordun makiyajsız fotoları marağa səbəb olub - FOTO

15-03-2024, 15:24           
58 yaşlı Sindi Kroufordun makiyajsız fotoları marağa səbəb olub - FOTO
90-cı illərin supermodeli Sindi Krouford Malibuda görüntülənib.

58 yaşlı Sindi Krouford dostu ilə görüşə gedərkən kameralara tuş gəlib. Supermodel ictimaiyyət qarşısına ağ köynək, yaşıl gödəkçə və enli, mavi cins şalvarda çıxıb. Onun görünüşünü ağ “Adidas” krosovka, qol saatı və qızıl zəncir boyunbağı tamamlayıb. Məşhur makiyaj etməyib. Sindinin fotoları sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

“O, hətta köhnə kisə geyinsəydi belə, yenə də gözəl görünərdi, möhtəşəm xanımdır”, “Mənə elə gəlir ki, gözəl görünür”, “Gözəl qadındır, amma öz yaşında və ya hətta daha yaşlı görünür”, - deyə istifadəçilər rəy bildiriblər.



Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru