Elza Seyidcahanla İlhamə Quliyeva arasında sevgiliyə görə dava düşüb? - VİDEO

17-03-2024, 09:48           
Elza Seyidcahanla İlhamə Quliyeva arasında sevgiliyə görə dava düşüb? - VİDEO
Əməkdar artist Elza Seyidcahan keçmiş duet ortağı, mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan küsülülüklərindən danışıb.

Olay.az xəbər verir ki, sənətçi verilişlərdən birində İlhamə Quliyevanın onu qısqandığını deyib. O, aparıcı Ülvira Qarayevanın “Mən belə eşitmişəm ki, İlhamə xanımla münasibətləriniz şəxsi zəmində pozulub. Deyirlər ki, ondan xoşu gələn birinin sizdən də xoşu gəlib, paylaşa bilməmisiniz” ifadələrinə aydınlıq gətirib.

“Qətiyyən. Heç bir sevgiliyə görə dava olmayıb. Mən çox gənc idim, hara gedirdim, məni nəinki əks cinsdən, hətta qadınlar belə çox sevirdi. İstər-istəməz qısqanclıq yaranırdı. İlhamə xanım sevirdi ki, onu hamı sevsin”, - deyə o bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru