Əməkdar artist Tahir İmanov aparıcı Elgiz Əkbərin ondan küsməsi ilə bağlı açıqlamasına reaksiya verib.
Referans.az axşam.az-a istinadən bildirir ki, aktyora bu haqda qonaq olduğu "Künc-bucaq" yutub layihəsində sual verilib. O bildirib ki, E.Əkbər haqda danışmaq istəmir:
"Şəxsi işidir, haqqı var. KVN heç vaxt heç kimi təhqir etməyib. Olur bəzi insanlar tənqidi təhqir kimi qəbul edir. Bəziləri tənqidi istəmir. Onun şəxsi işidir, bu haqda danışmaq və ona cavab vermək istəmirəm".
Qeyd edək ki, Elgiz T.İmanov haqda "Tahirlə aram yoxdur, onu sevmirəm. Amma Cabiri (Əməkdar artist Cabir İmanov - red.) sevirəm, ürəkdir. Bəlkə indi Tahir də deyəcək, mən də səni sevmirəm. O da bizim vətənin oğludur. Qəlbimə dəymişdi. Bir nəfərin yas məclisində görüşdük, danışdıq. Söhbətimiz oldu, istedadlıdır, mədəniyyətimizi təbliğ ediblər. Cabir İmanovu daha çox istəyirəm. Tahirə də can sağlığı diləyirəm. Bir dəfə məni təhqir etmişdi" sözlərini söyləyib.