Seda Sayan yenə boşanır?

18-03-2024, 00:13           
Seda Sayan yenə boşanır?
2022-ci ildə Beşiktaşdakı lüks hoteldə ailə quran məşhur türkiyəli müğənni Seda Sayan bu günlərdə həyat yoldaşı Çağlar Öktendən boşanacağı ilə bağlı xəbərlərlə gündəm olub.

Aparıcılıq etdiyi proqramda yayılan xəbərlərə üsyan edən Sayan ayrılıq iddialarına son qoyaraq diqqətçəkən açıqlamalar verib.

O qeyd edib ki, evləndikdən sonra Ökten soyadını götürüb, lakin rəsmi prosedurlarda yaşadığı problemlərə görə məhkəmə qərarı ilə yenidən əvvəlki soyadına qayıdıb.

Müğənni bu hadisənin “yanlış başa düşüldüyünü” bildirib.

“Belə bir şey yoxdur. Bu xəbərləri haradan alırsınız? Hamımızın ailələri var. Belə şeylər etməyin. Aramızda heç nə yoxdur. 2 il yarımdır bir yerdəyik. Biz hələ bir-birimizə “get” deməmişik. Üstəlik sevgimizi hamı görür. Bu sevgidən nə istəyirlər?”, - deyə etiraz edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru