İngilis rok qrupu “Cockney Rebel”in solisti kimi tanınan britaniyalı musiqiçi Stiv Harli 74 yaşında vəfat edib.
Bu barədə onun ailəsi sosial şəbəkədə məlumat yayıb.
“Biz dərin hüzünlə bildiririk ki, gözəl həyat yoldaşı və atamız ailəsinin əhatəsində evdə vəfat edib”, - deyə yazıda bildirilib.
Qeyd edək ki, qlem-rok janrında ifa edən “Cockney Rebel” 1973-cü ildə Londonda yaradılıb. Onun populyarlığının zirvəsi ötən əsrin 70-ci illərinin ortalarına təsadüf edir. Qrupun “Make Me Smile” (“Come Up and See Me”) və “Here Comes The Sun” (“The Beatles” hitinin kaveri) kimi mahnıları 1975-ci ildə Böyük Britaniya hit-paradlarının zirvəsinə yüksəlib.