Ququş Azərbaycanla bağlı suala belə cavab verdi – Video

18-03-2024, 19:08           
Ququş Azərbaycanla bağlı suala belə cavab verdi – Video
Azərbaycanəsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) izləyicilərinin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, sənətçi müəllifi olduğu yutub layihəsində Azərbaycanla bağlı da danışıb.

O, izləyicisinin “Bir İran azərbaycanlısı olaraq nədən Azərbaycan dilində albom təqdim etməmisiz? Biz çox istəyirik ki, türkcə mahnıları Ququşun səsində eşidək” sualına belə cavab verib:

“Mən çox istəyirdim və istəyirəm ki, bu iş əmələ gəlsin. Xatırlayıram ki, türkcə bir mahnım var idi (“Ayrılıq”-red.). Mənim xaricdə yaşadığım illərdə gündəlik işlərə başım qarışıb. Daimi konsertlə bağlı ölkələrə, şəhərlərə səfərim mənə bu fürsəti verməyib ki, sizin bu yaxşı təklifinizi gerçəkləşdirə bilim. Bu iş üçün mənim daimi olaraq Azərbaycanda olmağım gərəklidir. Təssüf ki, buna vaxt edə bilməmişəm. Ancaq gələcəkdə çalışaram sizin bu sualınıza (təklifinizə) cavab verə bilim”.

Qeyd edək ki, Ququş 1950-ci il mayın 5-də Tehranda Sərçeşmə rayonunda anadan olub. Onun valideynləri Bakıdan Tehrana köçüblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru