Nataliya Oreyro gizli şəkildə Rusiyaya gedib - VİDEO

19-03-2024, 15:05           
Nataliya Oreyro gizli şəkildə Rusiyaya gedib - VİDEO
Uruqvaylı aktrisa və müğənni, “Vəhşi mələk” serialının ulduzu Nataliya Oreyro gizli şəkildə Rusiyanın paytaxtı Moskvaya gedib.

Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Aktrisa Rusiya istehsalı olan “Şaxta babaya məktub” filminin çəkilişlərinin aparıldığı Sankt-Peterburqdan “Sapsan” sürət qatarı ilə paytaxta çatıb.

Qeyd olunub ki, Oreyronun Moskvaya gedişi diqqətlə gizlədilib. Ulduz jurnalistlərin qarşısına üzünü şərflə örtərək çıxıb.

Müğənni mühafizəçilərin əhatəsində maşına minib və demək olar ki, dərhal həmin yerdən uzaqlaşıb.
Mənbə: “Mash” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru