Arnold Şvartsenegger ürək əməliyyatından sonra ilk görüntüsünü paylaşdı - FOTO

30-03-2024, 11:18           
Arnold Şvartsenegger ürək əməliyyatından sonra ilk görüntüsünü paylaşdı - FOTO
Məşhur Hollivud aktyoru Arnold Şvartsenegger bir müddət əvvəl keçirdiyi ürək əməliyyatından sonra görüntüsünü paylaşıb.

Sosial şəbəkə hesabında etdiyi paylaşımda aktyor ona kardiostimulyator quraşdırıldıqdan sonra necə göründüyünü nümayiş etdirib, həmçinin planlaşdırılan çəkilişlərdə iştirakla bağlı sualı cavablandırıb.

Şvartsenegger dərc etdiyi fotoya şərhlərdə ona xoş arzularını çatdıran hər kəsə təşəkkür edib. O, həmçinin filmdə çəkilişləri ilə bağlı narahatlıq keçirən pərəstişkarlarını narahat olmamağa çağırıb. Bildirib ki, əməliyyat onun “Fubar” serialının davamı olan aprel çəkilişlərində iştirakına mane olmayacaq.

Qeyd edək ki, bir müddət əvvəl Arnold Şvartsenegger dördüncü dəfə ürək əməliyyatı keçirib və ona kardiostimulyator quraşdırılıb. “Terminator” ulduzu bildirib ki, əvvəlki əməliyyatlar nəticəsində yaranan çapıq toxuması ürək döyüntüsündə problemlərə yol açıb.

Mənbə: Vesti.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru