Mövcud olmayan hicablı qadın gözəllik müsabiqəsinin qalibi oldu

9-07-2024, 18:34           
Mövcud olmayan hicablı qadın gözəllik müsabiqəsinin qalibi oldu
ABŞ-də süni intellekt modelləri arasında ilk gözəllik müsabiqəsi olan "Miss AI" keçirilib.

Qalibi münsiflər müəyyən ediblər. Birinci yerə Mərakeşdən olan hicablı bionik gözəl Kenza Leyli layiq görülüb. Onun yaradıcısı "Phoenix AI"nin baş direktoru 40 yaşlı Məryəm Bessa 20.000 ABŞ dolları həcmində baş mükafatı alacaq.

Leylini sosial şəbəkələrdə 194 000-dən çox istifadəçi izləyir. Leyli öz şöhrətindən qadınları gücləndirmək, ətraf mühiti qorumaq və robotlar haqqında müsbət mesajlar yaymaq üçün bir vasitə kimi istifadə edəcəyini vəd edir. Model qeyd edir ki, süni intellekt insanların imkanlarını əvəz etmək üçün deyil, onları tamamlamaq üçün hazırlanmış bir vasitədir.

Qeyd edək ki, müsabiqəyə 1500-dən çox iddiaçı qatılıb.



Mənbə: hi-tech.mail.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.