Hollivud aktyoru Kianu Rivz sevdiyi rəssam Aleksandra Qrantla gəzintiyə çıxıb.
Əhval-ruhiyyəsi yaxşı olan cütlük Almaniyada keçirilən motosiklet yarışına qatılıb. Ekran ulduzu uzun müddətdir ki, motosikletlərlə maraqlanır.
Məlumata görə, sevgililər əl-ələ tutaraq hisslərini gizlətməyib, foto çəkdirib, hətta yarışın sonunu bildirən ağ-qara damalı bayrağı dalğalandırıblar.
59 yaşlı sənətçinin sevgilisinin 51 yaşı var. Onlar 2011-ci ildə Rivzin kitabı üzərində işləyərkən tanış olublar. Aleksandra kitab üçün illüstrasiyalar çəkib.