Populyar cizgi filminin yeni hissəsi nə vaxt ekranlara çıxacaq?

12-07-2024, 18:44           
Populyar cizgi filminin yeni hissəsi nə vaxt ekranlara çıxacaq?
"Universal Pictures" kino şirkəti və "Illumination" studiyası "Minions" cizgi filminin sayca beşinci hissəsinin buraxılış tarixini açıqlayıb.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, animasiya silsiləsinin davamı 30 iyun 2027-ci ildə bütün dünyada yayımlanacaq.

Filmin rejissoru ilk üç hissənin yaradıcısı Pyer Koffin olacaq. Ssenari "Minions" filminin birinci hissəsinin müəllifi Brayan Linç tərəfindən yazılacaq.

Qeyd edək ki, filmin dördüncü bölümü bu yaxınlarda ekranlara çıxıb.

Silsilənin ilk iki hissəsi iki milyard dollardan çox gəlir əldə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.