Cenifer Lopes və Ben Afflek birgə yaşadıqları evi satışa çıxarıb

13-07-2024, 12:24           
Cenifer Lopes və Ben Afflek birgə yaşadıqları evi satışa çıxarıb
Hollivud “ulduz”ları Ben Afflek və Cennifer Lopez Kaliforniyada birgə yaşadıqları 12 yataq otağı, 24 vanna otağı olan evlərini satışa çıxarıb.

Azpost.info bildirir ki, bu barədə CNN məlumat yayıb.

Elanda qeyd olunur ki, 38,000 kvadrat metrlik əmlak yüksək səviyyədə təmir edilib. Malikanə “Beverly Hills”in ən eksklüziv və təhlükəsiz məhəllələrindən birində, Crestview Mansion-da yerləşir.

2000-ci ildə beş akrdan bir qədər çox ərazidə tikilmiş bu lüks malikanənin satış qiyməti 68 milyon dollardır.

Afflek və Lopez 2023-cü ildə xəyal etdikləri evi tapmaq üçün iki il davam edən axtarışdan sonra evi 60.805.000 dollara alıblar.

Artıq bir ilə yaxındır ki, Aflek və Lopezin boşanmağa hazırlaşmaları barədə xəbərlər yayılır. Lopez may ayında özünün konsert turunu ləğv etməyə məcbur olub. O, paylaşımında bunu övladları, ailəsi və yaxın dostları ilə birlikdə olmaq istəyi ilə izah edib.

Cütlük ilk dəfə 2002-ci ilin noyabrında nişanlandıqdan və planlaşdırılan toylarından əvvəl ayrıldıqdan sonra məşhurlaşdılar.

Onların hər ikisi sonradan başqa insanlarla evləndilər.

Afflek və Lopez 2022-ci ildə Las-Veqasda gizli şəkildə evlənib. Afflekin Corciya ştatınındakı böyük mülkündə dostları və ailəsinin iştirakı ilə dəbdəbəli toy mərasimi keçiriblər.

CNN şərh üçün Lopez və Afflekin nümayəndələrinə müraciət edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.