"Bozun 50 çaları" filminin ulduzundan məyusedici xəbər
17-08-2024, 18:24
34 yaşlı amerikalı aktrisa Dakota Conson və 47 yaşlı müğənni Kris Martin 7 illik münasibətdən sonra ayrılıblar.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Qeyd olunur ki, "Coldplay" qrupunun solisti ilə "Bozun 50 çaları" (50 Shades of Grey) filminin ulduzunun nişanlanmaları barədə yalnız 2024-cü ilin martında məlum olub.
Nəşrin mənbəsinin məlumatına görə, ulduz cütlük indi münasibətin bitdiyini qəbul edib və ayrılmağa qərar verib.
Xüsusilə qeyd olunur ki, Conson Martinin qrupunun "Music of Spheres" turunun Avropa mərhələsi zamanı onunla birlikdə olmayıb.
Bundan əlavə, ekran ulduzu bu yaxınlarda Malibuda nişan üzüyü olmadan görüntülənib. Müğənninin tam olaraq nə vaxt evlilik təklifi etdiyi bəlli olmasa da, aktrisa 2020-ci ildən bəri barmağına üzük taxmağa başlayıb. Mart ayında "Page Six"in insayderləri cütlüyün altı ildir nişanlı olduqlarını bildiriblər.
Xatırladaq ki, Kris Martin 2017-ci ildə müğənninin 20 yaşlı qızı Epplin və 18 yaşlı oğlu Mozesin anası Qvinet Peltroudan boşandıqdan sonra Dakota ilə görüşməyə başlayıb.