Xərçəngdən əziyyət çəkən Əməkdar artist danışdı: - "Qismətim belə imiş"

27-08-2024, 18:45           
Xərçəngdən əziyyət çəkən Əməkdar artist danışdı: -
"İndi vəziyyətim yaxşıdır. Səhhətim yavaş-yavaş qaydasına düşür".

Bunu Qaynarinfo-ya açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib.

Direktor müayinə və müalicələrinin davam etdiyini vurğulayıb:

"İki dəfə analiz verdim, şükürlər olsun ki, yaxşı çıxıb. Məni bir az incidən səsimdir. O da getdi... Neynəyim, qismət belə imiş. Əsas odur ki, canım sağ olsun".

Yadigar Muradov yeni teatr mövsümünə hazırlaşdığını diqqətə çatdırıb:

"Qarşıdan yeni teatr mövsümü gəlir. Bir neçə gündən sonra işə çıxacağıq. Qarşıda çoxlu planlarımız var".

Qeyd edək ki, Əməkdar artist Yadigar Muradov xərçəng xəstəliyindən əziyyət çəkir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.