İrina Şeyk jurnalın üz qabığı üçün imicini dəyişdi
31-08-2024, 07:54
Supermodel İrina Şeyk "D Repubblica" jurnalının üz qabığı üçün saçını kəsdirib.
33gun.az xəbər verir ki, foto "İnstaqram"da paylaşılıb.
38 yaşlı supermodel imicini kökündən dəyişib- o, qısa, qəribə saç düzümü sınayıb. O, həmçinin parlaq dodaq boyası və qara rəngli göz layneri ilə makiyaj edib.
Çəkilişin fotoqrafı Luis Alberto Rodriguez olub.
İrina Şeyk ABŞ -da yaşayır və aktyor Bredli Kuperdən bir qızı var . Qız 2017-ci ilin mart ayında anadan olub. İki il sonra məşhurlar ayrılıb.