Flora Afət haqda elə sözlər dedi ki... - "Nəyini satışa qoyacaqsan?.."

Bu gün, 00:08           
Flora Afət haqda elə sözlər dedi ki... -
Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı haqqında paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Flora Kərimova İnstaqram hesabında müğənni haqqında bu sözləri yazıb:

“Avamlığın pik nöqtəsi! Haqq-nahaq savaşını sənə xas olan “uddum-uduzdum” səviyyəsinə endirdin, Afət. Artıq sənə məhkəmədə dedim sözümü: “Demisən, sözünün arxasında dur, özünü alçaltma, bağışlayan deyiləm”. Qürur mənbəyi seçdiyin atan Fərmanın adına da hörmət etmədin. Təkrar edirəm. Özünü bir daha alçaldıb, yalvarma.

“Ana-bala arasında da söz-söhbət olur” deyib, mahir olduğun yalanlarla günah qurbanını əbəs yerə axtarma. Yaradan bəndəsini verdiyi xislətlə ya qarqışlayar ya da alqışlayar. Misal çəkdiyin Ülviyyə Alovlu da “uddum” deyirdi, indi o həddə çatıb ki, mənə uzadan dilinin qurbanı olub, maşınını satışa qoyub. Ay zavallı! Bəs, sən nəyini satışa qoyacaqsan? İki il ərzində cəzadan yayınmaqdan ötrü ölkəndən, evindən didərgin düşüb, qazancından qalıb, Rusiyanı addım-addım sürünən, dolanmaq xətrinə yeməkxanalarda oxuyan sən, nəyini satışa qoyacaqsan?

Görünür, məqsədin hər nə hesabına gündəmdən düşməməkdir. Darıxma, layiq olduğun gündəm özü səni tapacaq! 23.10.2024-cü il tarixdə saat 14:40-da Nərimanov rayon məhkəməsi zal 8-də, hakim Nərgiz Tağıyevanın sədirliyi ilə keçirirləcək yeni məhkəmə iclasında görüşənədək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.