Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib

Dünən, 16:23           
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Xalq artisti Zaur Rzayev Dövlət Gömrük Hospitalına yerləşdirilib.

Bu barədə millət vəkili Rəşad Mahmudov “Facebook” hesabında paylaşım edib.

“Zaur Rızayev hal-hazırda xəstəxanamızda müalicə alır. Onun sağlamlığının bərpası üçün bütün imkanların səfərbər olunması dövlətimizin, xüsusilə də Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər ƏliyevFondunun diqqət və qayğısı ilə əhatələnmişdir. Müalicə prosesi ilə bağlı Prezidentin köməkçisi cənab Anar Ələkbərovun, DGKTXİ rəisi Ceyhun Məmmədovun, baş həkim Bəxtiyar Musayevin və bütün xəstəxana personalının vaxtaşırı diqqəti və qayğısı sənətə və sənətkara verilən dəyərin bariz nümunəsidir. Mən də bu gün dəyərli sənətkarımızı ziyarət etdim. Müalicə ilə əlaqəli tövsiyələrimi verdim”, – deputat qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru