"Soni Muzik" (Sony Music) şirkətinin rəsmi Tvitter mikrobloqunda müğənni Britni Spirsin ölümü barədə xəbər yayılıb.
Axşam.az-ın məlumatına görə, amerikalı ulduzun bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyi və yaxın saatlarda ətraflı məlumat veriləcəyi bildirilib.
Daha sonra “Our Mine Security” təhlükəsizlik xidməti “Soni Musik”in Tvitter səhifəsinə haker hücumunun olduğu bildirib. Hücum, eyni zamanda, Bob Dilanın rəsmi mikrobloquna da edilib. Çünki orada “Yerin cənnətlik olsun, Britni” yazısı qeyd olunub.
“Our Mine Security” Britninin ölmədiyini və hər şeyin qaydasında olduğunu vurğulayıb.