Bakıda yarıçılpaq qız avtomobildə şou göstərdi - VİDEO
31-12-2016, 01:39
Bakıda kimliyi məlum olmayan qadın sürücü avtomobildə şou göstərir, təhlükəli hərəkətlər edir və bunların videosunu sosial şəbəkələrdə yayır.
teref.az avtosfer.az-a istinadən xəbər verir ki, artıq "KİA" markalı avtomobili idarə edən qadın sürücünün iki videosu yayılıb. O, avtomobili idarə edərkən əllərini sükandan çəkir, diqqəti yolda yox, kənarda olur, təhlükəsizlik kəmərindən istifadə etmir.
Yarıçılpaq qadının bu videoları çoxlarının diqqətinə cəlb etsə də, əslində, bunlar yol hərəkəti qaydalarının pozulmasını təbliğ edən vasitə olduğu üçün qınanmalıdır. Çünki bir videoda ən azı 4 qayda pozuntusuna yol verən, təhlükə saçan bu sürücü heç kimə yaxşı nümunə ola bilməz. Diqqəti yayındıran hərəkətlər edir, mobil telefonu əldə saxlamaqla ondan istifadə edir (video çəkir), təhlükəsizlik kəmərini taxmır və əllərini sükandan çəkir. Beləliklə, bu sürücü təkcə bir videoda 170 manatlıq qayda pozuntusuna yol verir.