Müğənni Sıla ötən gün Türkiyənin İzmir şəhərində məhkəmə binası yaxınlığında baş verən partlayışa görə konsertini təxirə salıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni yanvarın 7-si İzmir Arenadakı konsertini təxirə saldığını sosial şəbəkədən açıqlayıb. Sıla "İzmir, bağışla. Gələ bilməyəcəyəm” şərhini yazıb.
Qeyd edək ki, yanvarın 5-də İzmirdə məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb. Partlayışdan sonra terrorçularla polislər arasında atışma olub.