Tünzalə Ağayeva və Cabir İmanov evlənir
9-01-2017, 01:51
teref.az Sia.az-a istinadən bildirir ki,Əməkdar artist Tünzalə Ağayeva yeni filmə çəkilib.
Bu haqda ifaçının prodüseri Yalçın məlumat verib: "Tünzalə xanım "Planet Parni iz Baku" komandasının dəvəti ilə yeni filmə çəkilib. Ekran işi "Ağanatiq" adlanır. Film komediya janrındadır. T.Ağayeva filmdə Cabir İmanovun həyat yoldaşı obrazını canlandırır. Tünzalə xanım ekran işində 1-2 kadrda çəkilib. Maraqlı film olacaq. Fikrimizcə, ekran işi tamaşaçıların marağına səbəb olacaq".
Qeyd edək ki, "Ağanatiq" komediyası fevralın 1-dən kinoteatrlarda nümayiş olunacaq. "Planet Parni iz Baku Films"in istehsalı olan film Cabir İmanovun KVN səhnəsində yaratdığı Ağanatiq obrazının başına gələn hadisələrdən bəhs edir. Oktyabr ayında çəkilişlərinə start verilən filmdə əməkdar artist Tünzalə Ağayevadan başqa Cabir və Tahir İmanov qardaşları, Bəhram Bağırzadə, Azər Məmmədzadə, bəstəkar Elçin İmanov və başqaları yer alıb. Filmin operatoru Nadir Mehdiyev, icraçı prodüseri Mirsalam Mirsalamovdur.